21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Doğru.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 25-dəki qarşılaşma Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Qarşılaşmanın başlama saatı hələlik bəlli deyil.
DOĞRU.AZ

























