image-ads_n1karobka_mobile
image-img_20210401_201158_402backend

Millimizin iki oyun üçün heyəti – Avropa çempionatı

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 2 matç üçün heyəti açıqlanıb.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Aprelin 8-də səfərdə Slovakiya ilə, aprelin 14-də isə Bakıda Yunanıstanla qarşılaşacaq yığmanın heyətinə 16 oyunçu daxil edilib:

1. Rövşən Hüseynli, 4. Xətai Bağırov, 5. Rizvan Fərzəliyev, 6. Fineo de Araujo, 7. Hadi Ahmadi, 8. Amie Şojaei, 9. Ramiz Çovdarov, 13. İsa Atayev (hamısı “Araz-Naxçıvan”), 2. Emin Kürdov, 10. Tofiq Mikayılov, 11. Samir Həmzəyev (hamısı EKOL), 3. Cavad Məmmədov, 12. Oktay Rüstəmli (hər ikisi “Neftçi İK”), 14. Tiaqo Teles Martins (“FC Salines Tuzla”, Bosniya və Herseqovina), 15. Eduardo Borqes (ACCSS FUTSAL, Fransa), 16. Everton Kardoso (“Levante”, İspaniya)

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki