image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210522_202857_600backend

Millimizin oyununa azarkeş buraxıla bilər

image-728x90px

Futbol üzrə Azərbaycan və Moldova komandaları arasında Kişineudakı yoldaşlıq oyununun azarkeşlərin iştirakı ilə keçirilmə ehtimalı yüksəkdir.

Doğru.az “Moldfootball” nəşrinə istinadən xəbər verir ki, Kişineu bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tamaşaçılara tribunaların tutumunun 50 faizini doldurmağa icazə verib.

Yerli federasiya “Şerif” və “Sfıntul George” komandaları arasında ölkə kubokunun finalının azarkeşlərlə olacağını təsdiqləyib. Eyni qərarın Moldova – Azərbaycan qarşılaşmasına da şamil ediləcəyi gözlənilir.

Qeyd edək ki, Moldova – Azərbaycan oyunu iyunun 6-da “Zimbru” stadionunda baş tutacaq. Ölkə kubokunun finalı mayın 30-də eyni arenada gerçəkləşəcək.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki