image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210831_100940_991backend

Millimizin sabiq baş məşqçisi: “Heç kimdən qorxmaq lazım deyil”

image-728x90px

“Normal qrupa düşmüşük. Rəqiblərimiz arasında Rusiya, Portuqaliya, İspaniya kimi daha güclü komandalar da ola bilərdi. Amma hazırkı rəqiblərimizə qarşı mübarizə aparmaq mümkündür”.

“Doğru.az”-ın məlumatına görə, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının püşkünü dəyərləndirərkən deyib.

Yığma əsas mərhələdə Xorvatiya, Belarus və Latviya ilə birlikdə VI qrupda mübarizə aparacaq. Xorvatiyanın ilk çempionatın finalçısı olduğunu xatırladan mütəxəssis həmin görüşü izlədiyini bildirib: “Demək olar, müdafiədən çıxmırdılar. Komandaları ayrılıqda dəyərləndirsək, Xorvatiya ilə oyunumuz daha çətin olacaq. Amma Belarus və Latviya ilə matçlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Meydan düz, top yumrudur. Heç kimdən çəkinmək lazım deyil. Uşaqları da psixoloji baxımdan hazırlaşdıracağıq. Elə edəcəyik ki, nəticələrimiz müsbətə doğru dəyişsin. Ümumi götürsək, bizim üçün komandaların əksəriyyəti güclüdür. Amma vaxtımız var, hazırlaşacağıq”.

Əzimovun sözlərinə görə, sevindirici məqamlardan biri U-19-un yeni mövsümdən Yüksək Liqada iştirak edəcəyidir: “Bu da bizə təcrübə qazandıracaq. Ona qədər isə I MDB Oyunlarında özümüzü sınayacağıq. Sentyabrın 5-də səfərə yollanacağıq. Bir ilə yaxın idi məşq etmirdik, amma bu yarışa hazırlıq məqsədi ilə bir neçə toplanışımız olub. Hətta toplanışlardan biri ölkədən kənarda baş tutub. Heyəti də formalaşdırmağa çalışırıq. U-19 həssas yaş qrupudur. Bir neçə futzalçımız hərbi xidmətə yollanıb”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki