image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-5backend

 Milyonlarla mesaj Messini çətin duruma saldı

image-728x90px

Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə futbol üzrə dünya çempionatının qalibi olduqdan sonra sosial şəbəkədəki səhifəsi bloklanıb.

Bu barədə forvardın özü danışıb.

Onun sözlərinə görə, buna səbəb sosial şəbəkə hesabına gələn milyonlarla mesaj olub.

“Elə mesajlar var idi ki, oxumağa çatdırmırdım. Digər idmançılar tərəfindən belə tanınmaq çox xoşdur. Mən fotolara cavab verməyi və ya şərh yazmağı çox sevmirəm, uzağı bəyənirəm”, – deyə Messi bildirib.

Xatırladaq ki, turnirin finalında argentinalılar Fransa millisinə qalib gəlib (3:3, 4:2 – penaltilər seriyası). Beləliklə, Messi özünün ilk dünya çempionluğunu qazanıb. Bu, onun karyerasında beşinci dünya çempionatı olub.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki