image-n1karobka_ads
image-123
image-img_3938backend

Mina Hüseyn: “Səhnədə ikonik olmağın sirri – səmimiyyət və duyğudur”

image-ad_qayo_720x110px

Müğənni Mina Hüseyn ilin sonunda media ilə maraqlı açıqlamalar paylaşıb.

Doğru.az xəbər verir ki, sənətçi 2025-ci ili özünü kəşf etdiyi, səhnəyə qayıtdığı il kimi qiymətləndirib və 2026-cı il üçün planlarını açıqlayıb. Mina bildirib ki, yeni musiqi layihələri və kliplər hazırlamağı planlaşdırır və sevənlərini uğuru ilə sevindirmək niyyətindədir.

O, bir mahnı ilə qazandığı uğuru və səhnədəki yerini belə izah edib: “Estradada yalnız səs deyil, duyğu və tamaşaçı ilə əlaqə əsasdır. Özümü daha təsirli və yetkin bir sənətçi kimi görürəm”.

Doğru.az xəbər verir ki, Mina şou-biznesdəki haqsız rəqabət və qadın sənətçilərə yönələn sərt tənqidlərdən də danışıb: “Mənə qarşı duran hər maneə güclənməyimə səbəb oldu”.

Sənətçi şəxsi həyatına da toxunaraq, uğursuz evliliyi və xəyanət mövzusunda fikirlərini bölüşüb: “Xəyanət sözlə deyil, əməllə ölçülür. Bağışlamaq mümkündür, amma səmimi peşmançılıq və düzgün dialoq olmalıdır”.

Açıq geyimləri ilə bağlı tənqidlərə cavab verən Mina deyib: “Geyim əxlaqı göstərirmi? Səmimiyyət və peşəkarlıq daha böyük əxlaq göstəriciləridir”.

Doğru.az xəbər verir ki, ifaçı heç kəsi rəqib görmədiyini vurğulayıb: “İkon elə mənəm! Səsini və ifadəsini itirmədən tamaşaçı ilə həqiqətən əlaqə qura bilən sənətçilər ikondur”.

DOĞRU.AZ 

image-img_3937 image-img_3939 image-img_3944 image-img_3941

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki