image-n1karobka_ads
image-123
image-img-20250602-wa0031backend

Mina Hüseyn yay mövsümünə duyğusal kliplə başladı – FOTO

Müğənni Mina Hüseyn bu yay musiqisevərlərə fərqli emosiyalar yaşadacaq yeni layihəsi ilə çıxış edib. İfaçı “Fayda” adlı bəstəyə çəkilmiş klipi təqdim etməklə mövsümə rəsmi musiqili açılış verib.

Doğru.az xəbər verir ki, sözügedən layihənin söz müəllifi Həsən Babayev, bəstəkarı Fərid Kərimli, rejissoru isə tanınmış ekran işlərinə imza atan Xəyal Murtuzovdur. Ekran işi məzmunu və vizual estetikası ilə diqqət çəkir. Dəniz sahilində lentə alınan klipdə Mina iki fərqli – ağ mələk simvolikası və emosional qırmızı geyimlə kamera qarşısına keçərək əsərin ruhunu vizual olaraq tamamlayıb.

Müğənni bu layihənin onun üçün sadəcə bir mahnı deyil, bir “ürək işi” olduğunu bildirib:

“Fərid Kərimli bu bəstəni mənə göndərəndə elə ilk dinləmədə qəlbimə toxundu. Mahnının hər sətirində, hər notunda özümü gördüm. Elə bil, bu nəğmə uzun müddətdir içimdə susan hisslərin səsi oldu. Bu layihə mənim yaşantılarımı, hisslərimi, kimliyimi ifadə edən güzgüdür. Əminəm ki, dinləyicilər də bu nəğmədə öz hissələrini tapa biləcəklər”.

“Fayda” Mina Hüseynin sevgi, itki və daxili axtarışlara dair emosional mesajını daşıyır. Layihə həm musiqi, həm də vizual təqdimatı baxımından yüksək qiymətləndirilir və yay mövsümünün yadda qalan işlərindən biri olmağa iddialıdır.

DOĞRU.AZ

image-img-20250602-wa0030 image-img-20250602-wa0032 image-img-20250602-wa0033 image-img-20250602-wa0035

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki