Yaxın vaxtlarda Meksika ilə cənub sərhədinə minlərlə əlavə ABŞ əsgəri göndəriləcək.
“Prezident Donald Trampın bölgədə ABŞ hərbi varlığının artırılması əmrindən cəmi iki gün sonra minlərlə əlavə ABŞ əsgəri ABŞ-ın Meksika ilə cənub sərhədinə gedir”,
CNN mənbələrə istinadən xəbər verir.
Materialın müəllifləri qeyd ediblər ki, hazırda sərhəddə ABŞ Gömrük və Sərhəd Mühafizəsinin işinə dəstək verən 2200-ə yaxın fəal hərbi qulluqçu var. Jurnalistlərin sözlərinə görə, göndərilmənin ilk dalğasına 1500-ə yaxın döyüşçü daxil olacaq.
Bundan əvvəl ABŞ prezidenti Meksika ilə sərhəddə yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyinə söz vermişdi.
DOĞRU.AZ