Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, etirazlar və universitetlərin blokadası təhsil sisteminə ciddi ziyan vurub, minlərlə tələbə ölkəni tərk edib.
Vuçiç TV Prva-da qeyd etdiyi kimi , tələbələr daha çox Sloveniya, Xorvatiya, Avstriya və Macarıstana gediblər. O, baş verənləri dünya müharibələri zamanı miqrasiya miqyasını üstələyən “tarixdəki ən böyük köç” adlandırdı.
Prezident vurğulayıb ki, müxalifət və etirazçılar tərəfindən irəli sürülən “Serbiya dayanmalıdır” şüarı onların siyasətini əks etdirir.
Vuçiçin sözlərinə görə, etirazçılar öz ölkələrinə ziyan vururlar və yollara beton bloklar quraşdırmaq planları nəqliyyat sistemini təhdid edir. O, etirazların mümkün zərərini 800 milyon avro qiymətləndirib.
Dövlət başçısı həmçinin bəyan edib ki, bir sıra Qərb ölkələrində polisin hərəkətlərindən fərqli olaraq hakimiyyət etirazçılara qarşı güc tətbiq etməyib.
DOĞRU.AZ