image-n1karobka_ads
image-123
image-fb_img_1750842335070backend

Minskdə Azərbaycan-Belarus media konfransı keçirildi – FOTO

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş “Azərbaycan və Belarus mediası: Birgə əməkdaşlığın perspektivləri” adlı beynəlxalq media konfransı keçirilib.

Doğru.az xəbər verir ki, tədbir Azərbaycan və Belarus arasında media sahəsində əlaqələrin genişləndirilməsi, yeni layihələrin icrası, gənc jurnalist və blogerlərin əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə təşkil olunub.

Konfransda iki ölkəni təmsil edən media rəhbərləri, jurnalist təşkilatlarının nümayəndələri, aparıcı redaktorlar, alimlər və tanınmış blogerlər iştirak ediblər. Görüşdə çıxış edənlər arasında Belarus Jurnalistlər İttifaqının sədri və deputat Andrey Krivoşeyev, Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev, “Veçerniy Minsk” qəzetinin baş redaktoru Yuliya Denişik, “Belarus 24” televiziya kanalının baş direktorunun müavini Dmitriy Voronyuk, Belarus Milli Radiosunun direktor müavini Nadejda Lısenko, məşhur bloger Vitali Xramsou, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Editor.az portalının baş redaktoru Fərid Şahbazlı və ictimaiyyətlə əlaqələr üzrə fəlsəfə doktoru Müşfiq Hüseynov yer alıblar.

Əməkdaşlıq istiqamətləri: press-turlar, layihələr və dezinformasiyaya qarşı mübarizə

Konfrans zamanı iki ölkənin gənc jurnalist və blogerləri üçün press-turların təşkili, ortaq multimedia layihələri, təlim və dəyirmi masaların keçirilməsi kimi təşəbbüslər müzakirə olunub.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli çıxışında Azərbaycan və Belarus arasında strateji səviyyədə inkişaf edən münasibətlərin mediada da öz əksini tapmasının vacibliyini vurğulayıb:

 “Azərbaycan və Belarus beynəlxalq platformalarda daim bir-birini dəstəkləyən dost ölkələrdir. Bu dostluğun media müstəvisində də daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaranır. Biz dezinformasiya və saxta xəbərlərə qarşı da birgə fəaliyyət göstərəcəyik”.

Editor.az saytının baş redaktoru Fərid Şahbazlı isə bildirib ki, media bu gün qlobal gücə çevrilib və informasiya təhlükəsizliyi prioritet sahəyə dönüb:

 “Sosial medianın cəmiyyətə təsiri, saxta xəbərlərlə mübarizə və maarifləndirici tədbirlər bu gün daha da aktuallaşır. Gənc jurnalistlərimizin birgə təlimlər və layihələrlə çıxış etməsi bu istiqamətdə ciddi töhfə ola bilər”.

Tələbə və müəllim mübadiləsi təşəbbüsü

Belarus Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev isə Azərbaycanla tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib:

“Azərbaycanlı tələbələrlə birgə layihələr keçirmək, həmçinin bizim professor-müəllim heyətimizin mübadiləsini təşkil etmək niyyətindəyik”.

Növbəti mərhələdə media məktəbləri və bloger layihələri

Belarus Jurnalistlər İttifaqının sədri Andrey Krivoşeyev isə qeyd edib ki, yaxın dövrdə birgə media məktəbləri, bloger layihələri və müxtəlif istiqamətli press-turlar təşkil olunacaq. O, bu təşəbbüslərin iki ölkənin informasiya sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığını gücləndirəcəyinə əminliyini bildirib.

Konfransın sonunda iştirakçılar xatirə şəkli çəkdirərək media dialoqunun davamlı və səmərəli inkişafına dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

DOĞRU.AZ

image-fb_img_1750842322387

image-fb_img_1750842328476

image-fb_img_1750842332967

image-fb_img_1750842335070

image-fb_img_1750842339200

image-fb_img_1750842341049

image-fb_img_1750842343077

image-fb_img_1750842345192

image-fb_img_1750842347076

image-fb_img_1750842351693

image-fb_img_1750842349220

image-fb_img_1750842353865

image-fb_img_1750842355914

image-fb_img_1750842319688

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki