image-n1karobka_ads
image-123
image-668d212602e8bd15fa417f30backend

Modi Hindistanın Ukraynada sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu açıqlayıb

Hindistanın baş naziri Narendra Modi bildirib ki, ölkə Ukraynada sülhün bərqərar olması üçün yardım göstərməyə hazırdır.

O, bunu Kremldə Rusiya prezidenti Vladimir Putinlə  danışıqlar zamanı deyib.

“Biz hər cür yardıma hazırıq” dedi. 

Modinin sözlərinə görə, əvvəllər qeyri-rəsmi söhbət zamanı hər iki tərəf “mümkün qədər tez sülhün bərqərar olmasının” zəruriliyi barədə razılığa gəliblər. O, daha sonra qeyd edib ki, Hindistan həmişə sülhün tərəfində olub. 

Narendra Modi həmçinin bildirib ki, dünyada bütün münaqişələrin həlli üçün dialoq lazımdır.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki