Moskvaya səfər edən Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putini 2025-ci ildə Hindistana gəlməyə dəvət edib.
“O, prezident Putini gələn il XXIII İllik Rusiya-Hindistan Sammitində iştirak etmək üçün Hindistana səfərə dəvət edib”, – Kremlin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinin sözlərinə görə, Rusiya və Hindistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq niyyətindədirlər.
Mənbə AP