Fransa Liqa 1-də mövsümün ən yaxşı qapıçısı bəlli olub.
Doğru.az xəbər verir ki, bu ada PSJ-nin qapıçısı Keylor Navas layiq görülüb. 34 yaşlı futbolçu Fransa Peşəkar Futbolçular Assoasiasiyası tərəfindən mövsümün ən yaxşı qapıçısı seçilib.
O, səsvermədə “Lill”dən Mayk Menyan, “Lion”dan Antonio Lopes, “Marsel”dən Stiv Mandanda və “Monako”dan Benjamen Lekontu qabaqlayıb. Qeyd edək ki, Navas bu mövsüm PSJ ilə Liqa 1-də 28 oyunda 18 qol buraxıb.
DOĞRU.AZ