image-2000x150px
image-img_20220812_224701_830backend

Mövsümün ilk cəzaları AÇIQLANDI

image-728x90px

AFFA İntizam Komitəsi 2022/23 mövsümünün ilk iclasını keçirib.

Doğru.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 1-ci turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.

“Zirə” ilə oyunda meydana kənar əşyalar atıldığı üçün “Kəpəz” 1600 manat cərimələnib. Rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alan “Zirə”nin müdafiəçisi Dmitrios Çantakias 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib.

“Qarabağ” – “Səbail” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Turan Tovuz” – “Qəbələ” oyununun 32-ci dəqiqəsində “Turan Tovuz” klubunun 30 nömrəli futbolçusu Piruzi Marakvelidze kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki