image-2000x150px
image-123
image-ads_atlas
image-mskbackend

MSK prezident seçkisinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edəcək

image-728x90px

Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkisi ilə bağlı iclası keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, MSK prezident seçkisinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkisinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki