image-ads_n1karobka_mobile
image-editor_e5c1a62c903da06ca348e26944a8db2f_bgqahki0pesf74wum6rt-768x403backend

Müəmmalı “Şuşa” mükafatı ictimai narazılığa SƏBƏB OLDU: “Sui-istifadə hallarına son qoyulmalıdır”- FOTO

image-add-a-heading

Bakı Gənclər Mərkəzində ictimaiyyətə indiyədək bəlli olmayan qurum və şəxs tərəfindən müəyyən şəxs və təşkilatlara “Şuşa Milli Mükafatı” adlı təltifin təqdim edilməsi ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Azərbaycanın Əməkdar jurnalisti, siyasi ekspert Elçin Mirzəbəyli statusu bəlli olmayan təsisat adından “Şuşa” adlı mükafatın verilməsini sərt tənqid edib. 

“Doğru.Az” tanınmış jurnalistin statusunu olduğu kimi təqdim edirik:

“Ölkədə “Şuşa Milli Mükafatı” təqdim edilir.

“Zəfər təntənəsi” adlı statusu bəlli olmayan təsisatın adından və Vəsilə Qabilqızı adlı haqqında heç bir bilgi olmayan şəxsin imzası ilə…

“Mükafat”la bağlı məlumatlardakı dil və fikir xətaları, “mükafata” layiq görülən şəxslərin qarşında qoyulan tələblər baş verənlərin əsl mahiyyətini ortaya qoyur:

Kimlərsə mədəniyyətimizin paytaxtına olan sevgidən öz təbliğatları üçün istifadə etməyə cəhd göstərir.

Şuşanın adının yer aldığı bir mükafatı, həm də “Milli Mükafat” statusu ilə yalnız dövlət və onun müvafiq təsisatları, həmçinin Mədəniyyət nazirliyi, Şüşanın daşını-torpağını, ruhunu yenidən dircəldən Heydər Əliyev Fondu təsis edə bilər.

Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, Şuşa da daxil olmaqla işğaldan azad etdiyimiz yurd yerlərimizin adından sui-istifadə hallarına son qoyulmalıdır”.

DOĞRU.AZ

image-yenigundem_b8b6368719a9e3087d71f47837f54b94_we14jfuht7p95bxiloaz image-yenigundem_63c031571750be11806571a9c5932ebe_wufke320z7cqrv5js9tn image-yenigundem_28dfa30b65f0f8ba649573f5dc9c9ac7_i7arfn1vc20qlewsg683 image-yenigundem_d935e3684d943c71b1c94c9636967c8f_3xp8iw6c9b2vyzjsr7f4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki