image-n1karobka_ads
image-123
image-screenshot_20251214_162129_photosbackend

Müğənni Demet Akalın Bakıda möhtəşəm konsert verib – FOTO/VİDEO 

image-ad_qayo_720x110px

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalın Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib.

Doğru.az xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektləri ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Zalı dolduran musiqisevərlər pop musiqisinin sevilən ifaçısını alqış sədaları ilə qarşılayıblar. Gecə üçün müğənnini dünyaca məşhur stilist Anar Ağakişiyev hazırlayıb. Konsert boyu iki dəfə geyim dəyişən Demet Akalın səhnə obrazları xüsusi maraq doğurub.

Konsert proqramında sənətçinin illərdir dillər əzbəri olan hitləri ilə yanaşı, son dövrlərdə təqdim etdiyi yeni mahnılar da yer alıb. Bununla yanaşı, Demet Akalın bir sıra məşhur ifaçıların repertuarından seçilmiş mahnıları özünəməxsus tərzdə səsləndirməsi gecəyə ayrı rəng qatıb.

Tamaşaçılar müğənnini ayaqüstə alqışlayıb, mahnılara birlikdə qoşularaq konsertə unudulmaz atmosfer bəxş ediblər.

DOĞRU.AZ

image-screenshot_20251214_162116_photos image-screenshot_20251214_162155_photos image-screenshot_20251214_162045_photos image-screenshot_20251214_162052_photos image-img_20251214_161143_182image-screenshot_20251214_162102_photos

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki