image-2000x150px
image-123
image-ads_atlas
image-41148cd0-b25e-3ec9-acdf-f8b02562777c_850backend

“Murov” Bakıya qələbə ilə qayıdır

image-728x90px

Polşanın Kielnarova bölgəsində təlim-məşq toplanışında olan “Murov” voleybol klubu son yoldaşlıq oyununa çıxıb.

Yerli “Ekstrans Jetsov”la qarşılaşan komanda əvvəlki 2 matçda olduğu kimi, bu dəfə də qələbə qazanıb.

Hazırlıqlarını oktyabrın 12-də yekunlaşdırmalı olan kollektiv bir gün sonra Vətənə dönəcək və məşqlərini ölkə daxilində davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək “Murov” oktyabrın 19-u və 20-də Bakıda Xorvatiyanın “Kitro Varazdin” komandasını qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki