image-ads_n1karobka_mobile
Musa Qurbanlı “Zirə”nin tarixinə düşdübackend

Musa Qurbanlı “Zirə”nin tarixinə düşdü

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Qəbələ” ilə ev oyunu “Zirə”nin futbolçusu Musa Qurbanlı üçün əlamətdar olub.

Qurbanlı 18 yaş 9 ay 10 günlüyündə qol sevinci yaşayıb. O, “Zirə”nin tarixinə ən gənc qol müəllifi kimi düşüb. Gənc hücumçu Adil Nağıyevə məxsus rekordları yeniləyib. Sabiq müdafiəçi həm Premyer Liqada, həm də bütün turnirlərdə klub tarixinin ən gənc qolçusu idi. Adil ümumilikdə 19 yaş 5 ay 12 günlüyündə, Premyer Liqada 20 yaş 1 ay 26 günlüyündə rəqib qapısına yol tapıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki