image-n1karobka_ads
image-123
image-img-20251226-wa0149backend

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib – FOTO

image-ad_qayo_720x110px

“AzerGold” QSC və “Azərxalça” ASC birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkə və ipək-yun qarışığından hazırlanmış 3D xalçaların təqdimat mərasimi keçirilib.

Doğru.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında ölkədə biomüxtəlifliyin qorunması və vəhşi təbiətin mühafizəsinin dövlət siyasəti səviyyəsində prioritet istiqamət olduğunu vurğulayıb. O, IDEA İctimai Birliyinin fəaliyyəti və təşəbbüslərinin nadir fauna növlərinə yeni həyat verdiyini, bu layihələrin icrasında Leyla Əliyevanın əvəzsiz rolunu qeyd edib.

İdarə Heyətinin sədri əlavə edib ki, “AzerGold” şirkətinin ekoloji tələblərə əməl edərək həyata keçirdiyi sosial layihələr arasında bioloji müxtəlifliyin qorunması mühüm yer tutur və yeni sikkə-xalça kolleksiyası da bu məqsədə xidmət edir.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin sədri Emin Məmmədov isə bildirib ki, 3D texnologiyası ilə toxunmuş xalçalar “AzerGold” və “Azərxalça”nın vəhşi təbiətin qorunmasına yönəlmiş mesajını estetik və bədii formada əks etdirir. O, xalçaçılıq ənənəsinin qorunması və inkişaf etdirilməsinin əsas məqsəd olduğunu vurğulayıb.

Qeyd edək ki, kolleksiyaya daxil edilən ceyran, Qafqaz bəbir və bezoar keçisi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına daxil olan nəsli kəsilməkdə olan növlərdir. Yeni gümüş sikkələr Smartminting texnologiyası ilə yüksək keyfiyyətli 3D formatında hazırlanıb.

Tədbirdə videoçarxlar nümayiş etdirilib, iştirakçılar yeni kolleksiya nümunələri, digər sikkə və külçələrlə yanaşı müxtəlif xalçalarla tanış olublar.

DOĞRU.AZ

image-img-20251226-wa0150 image-img-20251226-wa0151 image-img-20251226-wa0152 image-img-20251226-wa0153 image-img-20251226-wa0154 image-img-20251226-wa0155 image-img-20251226-wa0156 image-img-20251226-wa0158 image-img-20251226-wa0157 image-img-20251226-wa0159 image-img-20251226-wa0160 image-img-20251226-wa0161

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki