image-n1karobka_ads
image-123
image-screenshot_20250711_184150_gallerybackend

Nadir İsmayılov BRTK sədri ilə görüşdü

image-ad_qayo_720x110px

Şimali Kiprdə keçirilən “Bizim ailəmiz türk dünyasıdır” konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü, jurnalist, Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir İsmayılov Bayraq Radio Televiziya Qurumunu (BRTK) ziyarət edib. Görüşdə BRTK İdarə Heyətinin sədri Özdemir Tokel ilə fikir mübadiləsi aparılıb.

Doğru.az xəbər verir ki, görüş zamanı Özdemir Tokel Azərbaycan mediası ilə KKTC mediası arasında əməkdaşlığın möhkəmlənməsinin vacibliyini vurğulayıb. O, yayılan xəbərlərin Kıbrıs türklərinin səsinin Azərbaycanda eşidilməsinə töhfə verdiyini bildirib və Prezident İlham Əliyevə bu istiqamətdəki dəstəyə görə təşəkkür edib.

Nadir İsmayılov isə KKTC ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. “Bizim üçün KKTC demək, Azərbaycan deməkdir”, – deyə o bildirib. N.İsmayılov qeyri-hökumət təşkilatları arasında birgə platformaların yaradılmasının əhəmiyyətindən də danışıb və gələcək layihələrə dəstəyin davam etdiriləcəyini qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki