image-2000x150px
image-comp-versiya
image-1620556253_anons-1backend

Naftalanda şəhidin adına xatirə bulağının açılış mərasimi keçirildi – FOTOLAR

image-728x90px
Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin doğum günündə adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
Açılış mərasimində Şəhər İcra hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov, şəhidin doğmaları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə natiqlər şəhid Bəhruz Quliyevin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açıb, ruhuna dualar oxunub, şəhidin məzarı ziyarət edilib.
Qeyd edək ki, Quliyev Bəhruz Firuz oğlu 1990-cı il mayın 9-da Naftalan şəhərində anadan olub.
Müddətdən artıq hərbi xidmətdə olan Quliyev Bəhruz 2020-ci il sentyabrın 27-dən işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəlidir, iki qız övladı var. O, ölümündən sonra “Vətən uğrunda”, və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Sonda şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
DOĞRU.AZ

 

 

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki