image-2000x150px
image-123
image-ads_atlas
image-img_3303backend

Naftalanlı şəhid və qazi övladları Heydər Əliyev Mərkəzində olublar – FOTOLAR

image-728x90px

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid və qazi övladları Bakı şəhərinə səfər ediblər.

Yola düşməmişdən öncə Naftalanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Bakıya səfər zamanı ziyarətçilər Heydər Əliyev Mərkəzində olublar. Onlara mərkəzin ekspozisiya zalında Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilib, foto, video materiallar və digər ünikal eksponatlar təqdim olunub.

Sonra Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhid olmuş qəhrəmanlarımızın xatirəsi yad edilib.
Millətimizin tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Hərbi Qənimətlər Parkını böyük qürur və fəxr hissi ilə ziyarət ediblər. 44 günlük Vətən müharibəsi dönəmində müzəffər ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olublar. Ordumuzun güc və əzmini bir daha göstərən Hərbi Qənimətlər Parkından qürurverici təəssüratlarla ayrılan qonaqlara Parkın yaradılmasının Vətən müharibəsində “Dəmir Yumruq” hesabına qazanılmış Şanlı Zəfərin gələcək nəsillərə ötürülməsi üçün məlumatlar verilib.

Uşaqların əyləncəsini təmin etmək üçün müxtəlif proqramlar təşkil olunmuş və McDonald’s restoranında nahar edilmiş, restoran tərəfindən uşaqlara hədiyyələr təqdim edilmişdir.

Şəhid və qazi övladlarını müşaiyət edən valideynləri onların övladları üçün təşkil olunan tədbir üçün təşəkkür ediblər, onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, daim yad olunmalarını razılıq hissi ilə qarşılayıblar.
Bu təşəbbüsün həyata keçirilməsində göstərilən yüksək təşkilati dəstəyə görə Heydər Əliyev Mərkəzinə, McDonald’s Azərbaycan şirkətinə və “Möcüzəli Naftalan“ müalicə mərkəzinə adımızdan təşəkkür edirik.

DOĞRU.AZ

image-img_2619 image-img_2689 image-img_2701 image-img_2737 image-img_2903 image-img_2920 image-img_2977 image-img_3084 image-img_3303 image-img_3300

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki