image-2000x150px
image-123
image-ads_atlas
image-img_20211231_105536_340backend

Namik Ələsgərovlu “Bursaspor” kubokda büdrədi

image-728x90px

Azərbaycan millisinin üzvü Namik Ələsgərovun da çıxış etdiyi “Bursaspor” Türkiyə Kubokunun 1/16 final mərhələsində əfərdə Super Liqa təmsilçisi “Qazianteplə” qarşılaşıb.

Doğru.az xəbər verir ki, matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) “Qaziantep” 1/8 finala vəsiqə qazanıb. “Bursaspor” isə kubokda mübarizəni dayandırıb.

Namik də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 62-ci dəqiqədə əvəzlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki