image-n1karobka_ads
image-123
image-6qklhpinoetmhrzoom1tabws1qjabljca7n7crs3_640backend

Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır – FOTO

image-ad_qayo_720x110px

Sərfəli qiymətləri və sosial layihələri ilə bölgələrə xüsusi diqqət göstərən “Nar” bu dəfə Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində yüksək səviyyəli görüş keçirərək universitetlə ilk əməkdaşlıq layihəsinə start verib.

Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu çərçivəsində reallaşan ilk layihə “Nar”ın texniki heyəti tərəfindən texniki ixtisaslarda təhsil alan tələbələr üçün hazırlanan və keçirilən “Mobil rabitənin əsasları” təlimi olub. Qabaqcıl mobil texnologiyalara hakim olan sənaye mütəxəssislərinin hazırlanması və onların ixtisasların uyğun karyera qurması məqsədilə keçirilən təlim tələbələrə öz nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməyə imkan verib.

Qeyd edək ki, “Nar” və Azərbaycan Texnologiya Universiteti bu ilin fevral ayında Anlaşma Memorandumu imzalayaraq telekom sahəsinin peşəkarlarını hazırlamaq istiqamətində əməkdaşlığa başlayıb. Əməkdaşlığın əsas məqsədi Azərbaycanın regionlarında da rabitə sənayesi və akademik təhsil arasında körpü quraraq ölkənin rabitə peşəkarlarını hazırlamaqdır.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

DOĞRU.AZ

image-jw4o2hxbp9ciotv8xn6o7qrn63dcnl5dfnuuoasi_640 image-ixoxc7zfzuvf9lhzeoctr35oi2utijf32rtmvjoq_640 image-dwj0maecfji4jlxrb60lcu4jhi0nhw7psubmvq7k_640 image-1rdljuatbf3yaurilxehfbivu1szwarogxphr7qz_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki