image-2000x150px
image-123
image-ads_atlas
image-637x400backend

“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!

image-728x90px

Azərbaycanın bölgələrində “Nar”a qoşulmaq istəyən abunəçilər üçün “Yerlim+” tarifinin ilk abunə haqqı indi cəmi 2 AZN oldu! Bölgələrdə yaşayan abunəçilər “Yerlim+” tarifinə qoşulmaqla bütün ölkə ilə dəqiqəsi cəmi 5 qəpikdən danışa bilər.

”Yerlim+” tarifi çərçivəsində abunəçilərə bonus olaraq 100 dəqiqə ölkədaxili danışıq dəqiqələri, 300 MB internet və ödənişsiz “WhatsApp” yazışması təqdim edilir. Bölgələrdəki abunəçilər yeni “Nar” nömrəsini “Yerlim+” tarifində əldə etdiyi halda ilk ayın abunə haqqına 50% endirim əldə edir.

Xatırladaq ki, tarifin standart abunə haqqı aylıq 4 AZN-dir. Dəqiqələrə görə məbləğin hesablanması isə yalnız tarifin dəqiqə bonusları bitdikdən sonra aparılır. “Yerlim+” tarifi haqqında ətraflı: nar.az/yerlim-plus/

Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki