Sərfəli mobil operator “Nar”, bp və digər tərəfdaşların dəstəyi, ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı ilə jest dili üzrə mobil tətbiqin hazırlanması istiqamətində işlər planlı şəkildə davam etdirilir. Artıq layihənin yekun mərhələsinə – məzmunun tətbiqə inteqrasiyası və test prosesinə keçid edilib.
İnklüzivliyi təşviq edən bu təşəbbüs eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyətini asanlaşdırmağı hədəfləyir. Tətbiq vasitəsilə istifadəçilər jest dilini tamamilə ödənişsiz və müəllimə ehtiyac olmadan öyrənə biləcəklər.
“Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə hazırlanan tədris məzmunu artıq test mühitinə inteqrasiya olunub. Server və verilənlər bazası üzrə işlər demək olar ki, tamamlanıb, tətbiq AWS platformasında yerləşdirilib. UI/UX dizaynı yekunlaşdırılıb, əsas funksiyalar test üçün hazır vəziyyətə gətirilib. İlkin mərhələdə planlaşdırılandan daha çox söz və tədris səhifəsi hazırlanaraq davamlı irəliləyiş təmin olunub.
Qeyd edək ki, jest dili tətbiqinin yaradılmasına “Nar”ın qoşulması mobil operatorun inklüziv cəmiyyətin qurulmasına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Bu layihə ölkədə işarət dilinin tədrisi və əlilliyi olan şəxslərin informasiya əlçatanlığına dəstək məqsədi daşıyır.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən “Nar” son altı ildə Müştəri Loyallığı İndeksinə əsasən ölkədə lider mobil operatordur. Müştəriyönümlü strategiyaya sadiq qalan operator sərfəli qiymətlərlə üstün xidmət göstərməyə davam edir.
DOĞRU.AZ