image-n1karobka_ads
image-123
image-training-school-2025_690x456_6backend

“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır – FOTO

Sərfəli rabitə xidmətləri təqdim edən “Nar”, eyni zamanda sosial layihələrə verdiyi davamlı dəstəklə cəmiyyətə töhfə verməyə davam edir. Belə ki, “Karlara Dəstək” İctimai Birliyi ilə birgə həyata keçirilən “Təlim Məktəbi” layihəsinin 2024-2025-ci il mövsümünün yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda nitq və eşitmə məhdudiyyətli gənclərə modelyer-dizayner peşəsi üzrə təlimləri uğurla başa vurduqlarına dair sertifikatlar təqdim edilib.

Tədbirdə dövlət qurumları və özəl sektor, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak edib. Konfransda təlim iştirakçılarının əl işləri nümayiş olunub və xüsusilə işəgötürənlər tərəfindən böyük maraqla qarşılanıb. Bu, gənclərə bacarıqlarını tanıtmaq və əmək bazarına çıxış üçün ilk fürsətlərini yaratmaq imkanı verib. Artıq bəzi iştirakçılar layihənin dəstəyi ilə ixtisaslarına uyğun işlə təmin olunub. “Nar” isə digər məzunların da işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlığı davam etdirir. Bu yanaşma layihənin real nəticələr verdiyini və davamlı sosial təsirə malik olduğunu göstərir.

“Nar”ın İctimaiyyətlə əlaqələr və korporatv ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova tədbir zamanı bildirib: “Təlim Məktəbi” vasitəsilə biz bu gənclərə yalnız peşə öyrətmir, eyni zamanda onların özlərinə inamını bərpa etməyə, cəmiyyət üçün faydalı fərdlərə çevrilmələrinə də dəstək oluruq. Bu layihə bizim üçün sadəcə sosial məsuliyyət deyil, həm də sosial dəyişimin bir hissəsidir”.

Qeyd edək ki, “Nar” müxtəlif sosial qrupların cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələri prioritet hesab edir. Mobil operatorun həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsləri çərçivəsində regionlarda maarifləndirici layihələrə, inklüziv təhsilə və gənclərin inkişafına davamlı şəkildə töhfə verilir. “Nar”ın dəstəyi ilə gerçəkləşən sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

DOĞRU.AZ

image-training-school-2025_690x456_2 image-training-school-2025_690x456_1 image-training-school-2025_690x456_4 image-training-school-2025_690x456_5 image-training-school-2025_690x456_6 image-training-school-2025_690x456_8 image-training-school-2025_690x456_7 image-training-school-2025_690x456_9 image-training-school-2025_690x456_11 image-training-school-2025_690x456_12 image-training-school-2025-690x456_3

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki