Sərfəli tarifləri ilə seçilən “Nar” mobil operatoru sosial məsuliyyət təşəbbüslərini də davam etdirir. Şirkət inklüziv cəmiyyətin qurulmasına dəstək məqsədilə “Biz Hamımız Birik” adlı yeni DEIB strategiyasına start verib. Bu strategiya Diversiklik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət prinsiplərinə əsaslanaraq həm əməkdaşlar, həm də müştərilər üçün daha anlayışlı və əlçatan mühitin yaradılmasını hədəfləyir.
Strategiyanın ilk mərhələsi olaraq, “Nar”ın ön ofis əməkdaşları üçün işarə dili üzrə təlimlərə başlanılıb. Təlimlər eşitmə məhdudiyyətli, təcrübəli və sertifikatlı əməkdaşlar tərəfindən keçirilir. Bu, həm real təcrübəyə əsaslanan öyrənmə mühiti yaradır, həm də təşəbbüsə xüsusi dəyər qatır. Məqsəd — eşitmə məhdudiyyətli şəxslərlə effektiv ünsiyyəti təmin edərək onların xidmətlərə tam çıxışını təmin etməkdir.
Layihənin növbəti mərhələsində eşitmə məhdudiyyətli şəxslərin ehtiyacları daha dərindən araşdırılacaq və bu icma üçün xüsusi olaraq dizayn olunmuş məhsul və xidmətlər – sərfəli tariflər və Çağrı Mərkəzi dəstəyi təqdim ediləcək.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar”, son altı ildə Müştəri Loyallığı İndeksinə görə ölkənin lider mobil operatoru kimi tanınır. Müştəriyönümlü strategiyasına sadiq qalan şirkət, yüksəkkeyfiyyətli rabitə xidmətlərini sərfəli qiymətlərlə təqdim edir.
DOĞRU.AZ