image-2000x150px
image-123
image-ads_atlas
image-1715940856_1715935363_637x400backend

Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

image-728x90px

“Nar”ın da tərəfdaşı olduğu Azərbaycan Voleybol Federasiyasının (AVF) qadın və kişi voleybolçulardan ibarət yığma komandaları mayın 17-də Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq.

Doğru.az xəbər verir ki, AVF-in etibarlı rabitə tərəfdaşı olan “Nar” hər iki milli komandamıza uğurlar arzu edir.

Qeyd edək ki, qadın və kişi voleybolçulardan ibarət milli komandalarımız Qızıl Avropa Liqası çərçivəsində biri ölkəmizdə olmaqla, üç turda mübarizə aparacaq. Kişilərdən ibarət millimiz ilk oyununa 17-19 mayda doğma meydanda çıxacaq. Qadınlardan ibarət yığmamız isə üçüncü tura 31 may-2 iyun tarixlərində Azərbaycanda yekun vuracaq. Ölkəmizdə baş tutacaq turun oyunlarını Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində izləyə bilərsiniz.

Voleybol da daxil olmaqla, müxtəlif idman növlərinə marağın artırılmasına dəstək olan “Nar” ölkəmizdə sağlam həyat tərzini təbliğ edir. Mobil operatorun həyata keçirdiyi digər faydalı sosial layihələr haqqında burada tanış ola bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki