image-n1karobka_ads
image-123
image-17243535903102635513_1200x630backend

Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək olub – FOTO

image-ad_qayo_720x110px

Sərfəli qiymətləri və müştərilərə uyğun təklifləri ilə tanınan operator “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “YAŞAT” Fondunun yeniyetmələr üçün təşkil etdiyi düşərgəsinə dəstək olub.

Naxçıvan Muxtar Respublikası ərazisində baş tutan düşərgəyə Azərbaycan və Türkiyədən 15-17 yaş arası, 50-dək yeniyetmə şəhid övladları dəvət edilib. Layihənin məqsədi ölkələrimizin ərazi bütövlüyü uğrunda həyatından keçən şəhidlərimizin əmanəti sayılan övladlarına mənalı və öyrədici istirahət imkanı yaratmaq və onları ölkəmizin tarixi məkanları və füsunkar təbiəti ilə tanış etməkdir.

21-24 avqust tarixlərini əhatə edən layihə çərçivəsində Əlincə qalasının və Batabat gölünün ziyarəti, həmçinin Naxçıvan qalasına, Əcəmi seyrangahına, o cümlədən, Möminə Xatun türbəsinə ekskursiyası nəzərdə tutulur.

“Nar”ın KSM strategiyası və həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

DOĞRU.AZ

image-17243535903102635513_1200x630 image-17243535902022024579_1200x630 image-17243535901137249636_1200x630 image-17243391206003236333_1200x630 image-1724353590982218845_1200x630 image-17243391201815334972_1200x630 image-17243535902142936_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki