image-n1karobka_ads
image-123
image-6866808bae5ac9655a086d69backend

NATO nümayəndələri Azərbaycan Müdafiə Universitetində təlimlər keçirib

NATO mütəxəssisləri Azərbaycan Milli Müdafiə Universitetində bir sıra təlimlər keçiriblər.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyindən verilib. Təlimlər NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində təşkil olunub.

Bildirilib ki, proqram çərçivəsində azərbaycanlı mütəxəssislərin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizmlərinin yaradılması və tətbiqi” mövzusunda da ayrıca təlimlər həyata keçirilib.

Bu cür əməkdaşlıq Azərbaycanın hərbi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinə dair danışıqların gedişatı haqqında məlumat vermişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki