image-n1karobka_ads
image-123
image-683ebdf3ae5ac92f4c5d1096backend

NATO Ukraynanın İHA-nın aerodromlara hücumundan sonra “zəif tərəfləri” nəzərdən keçirə bilər

“The New York Times” Avropa ölkələrindən birinin müdafiə rəsmisinə istinadən yazır ki, NATO Ukrayna pilotsuz təyyarələrinin Rusiya aerodromlarına hücumundan sonra özünün “zəifliklərini” nəzərdən keçirmək zərurətini müzakirə edir.

Eyni zamanda rəsmi əlavə edib ki, ona təhlükəsizlik məsələlərini ictimai müzakirə etmək səlahiyyəti yoxdur.

Nəşrin müsahibə verdiyi ekspertlər dronların Qərb, o cümlədən Amerika hərbi bazaları, xüsusən də Yaxın Şərq və Afrikadakı hərbi bazaları üçün yarada biləcəyi riskləri də qeyd ediblər.

ABŞ Ordusunun Avropadakı keçmiş komandanı Ben Hodges deyib ki, ABŞ prezidenti Donald Tramp “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılması planlarına yenidən baxmalıdır, çünki bu, belə dronlardan qorunmur.

Bundan əvvəl L’Antidiplomatico portalı Vladimir Zelenskinin Rusiya aerodromlarına hücum edərək Ukraynanı danışıqların iştirakçısı kimi tamamilə nüfuzdan saldığını bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki