“The New York Times” qəzetinin yazdığına görə, Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək, lakin alyans uzunmüddətli perspektivdə Ukraynaya bütün növ yardımların koordinasiyası üçün Almaniyada missiyanın yaradılmasını elan etmək niyyətindədir.
Qəzet yazır ki, “hərəkət Qərbin müharibəni dəstəkləməkdən yorulacağına ümid edən həm Kiyevə, həm də Moskvaya müttəfiqlik öhdəliyinə güclü siqnal göndərmək üçündür”.
Qeyd olunur ki, missiya çərçivəsində Ukrayna hərbçilərinin təlimlərinin əlaqələndirilməsi planlaşdırılır. Eyni zamanda, qəzetin mənbələri vurğulayır ki, heç də bütün ölkələr missiyanın yaradılması ilə razı deyil.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron prankerlərə Ukraynanın sammitdə NATO-ya dəvət olunmayacağını bildirmişdi .
NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.
Mənbə RİA Novosti