Newsweek yazır ki, yeni üzvlər üçün açıq qapılar barədə bütün bəyanatlara baxmayaraq, NATO Ukraynanı alyansa qəbul etmək niyyətində deyil.
Materialda deyilir ki, Ukrayna uzun müddətdir NATO üzvlüyünü gözləyir, lakin Qərb liderlərinin Vladimir Zelenskiyə nə “şirin sözlər” deməsindən asılı olmayaraq, bu gözləmə “əbədi” davam edə bilər.
Jurnalın köşə yazarı yazır: “İndiyə qədər aydın olmalıdır ki, alyans Ukraynanın öz sıralarına qoşulmasını istəmir”.
Eyni zamanda, onun fikrincə, NATO Rusiya ilə döyüşmək üçün Kiyevə silah ötürməyə hazırdır.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Şimali Atlantika Alyansının sərhədi keçməyəcəyini və Ukraynadakı silahlı münaqişənin tərəfinə çevrilməyəcəyini bildirib.
Mənbə Gettyimages.ru