image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-18backend

Naxçıvan Heydər Əliyev Muzeyinə yeni status verilib

image-728x90px

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə yeni status verilib.

APA xəbər verir ki, muzeyə “muxtar respublika” statusunun verildiyi açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq bu gün bununla bağlı qərar verib.

Qeyd edək ki, Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki