image-2000x150px
image-123
image-ads_atlas
image-polis1backend

Naxçıvan polisinə yeni avtomobillər verildi – FOTO

image-728x90px

Naxçıvanda polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub.

Doğru.az xəbər verir ki, bununla yanaşı Naxçıvan Muxtar Respublikasının Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası da istifadəyə verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan MR-in daxili işlər naziri general-mayor Süleyman Neymətov iştirak edib.

Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan MR  Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib.

Bunlardan 4 ədəd BMW markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, post-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki