image-n1karobka_ads
image-123
image-1588746359_xestexana1backend

Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib

image-ad_qayo_720x110px

Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata görə, bayram günlərində muxtar respublikada səkkiz zəhərlənmə halı qeydə alınıb.

Onlardan dördü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.

Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən ikisinə stasionar, altısına isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

Hazırda hamısının vəziyyəti normaldır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki