image-n1karobka_ads
image-123
image-1748585732173327429_1200x630backend

Naxçıvanda media bayramı: “MEDİAFEST-2025”ə start verildi – FOTO

Mayın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” mövzusunda beynəlxalq konfrans – “MEDİAFEST-2025” öz işinə başlayıb.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, abidə önünə gül dəstələri qoyulub.

Doğru.az xəbər verir ki, “MEDİAFEST-2025” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilib.

Konfransda çıxış edənlər arasında Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov, eləcə də Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yer alıb.

Tədbirdə bir sıra ölkələrdən yüksək səviyyəli media təmsilçilərinin videotəbrikləri də təqdim olunub. Bunlar arasında Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz, Avropa Xəbər Agentliyinin İtaliyalı nümayəndəsi Carlo Marino, Qazaxıstan televiziyasının Xəbərlər departamentinin direktoru Beynequl Abauova və Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif yer alıb.

Konfrans “MEDİAFEST-2025” çərçivəsində müxtəlif panellərlə davam edir. Tədbir media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, rəqəmsal transformasiya, süni intellektin jurnalistikaya təsiri və qlobal media çağırışlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.

DOĞRU.AZ

image-17486193993344410181_1200x630image-17485857325606638386_1200x630 image-17485867273721640869_1200x630 image-1748585732972211670_1200x630 image-17485857326490634064_1200x630 image-17485857321207647830_1200x630image-17486193992282610518_1200x630image-1748619399388151685_1200x630 image-1748619399422924289_1200x630 image-17486193995812129763_1200x630 image-1748619399424294140_1200x630image-17486193993907933414_1200x630 image-17486193992909125842_1200x630 image-17485857323449450255_1200x630image-17486193993501817667_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki