image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-15t134020-949backend

Naxçıvanda qanunsuz silahlar götürülüb

image-728x90px

Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları əhalidə qanunsuz saxlanılan odlu silahların müəyyənləşdirilərək götürülməsi sahəsində təxirəsalınmaz tədbirlər görür.

Bu tədbirlərin davamı olaraq Culfa RPŞ-in əməkdaşları Culfa Rayon Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi, Kəngərli RPŞ-in əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabdin oğlundan 1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi və Şahbuz RPŞ-in əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan F-99 markalı qaz tapançası aşkarlayaraq götürüblər.

Faktlarla bağlı daxili işlər orqanlarının aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.

 

 DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki