image-2000x150px
image-123
image-ads_atlas
image-645x344-1553169936905backend

Nazarbayev Ərdoğana təşəkkür etdi

image-728x90px

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Antalyada keçirilən diplomatik forum çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Tərəflər Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli istiqamətində səylərin vacibliyini qeyd ediblər.

Bu barədə cümə günü Nazarbayevin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı tərəflər beynəlxalq gündəlikdəki ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, Ukraynadakı hərbi münaqişənin diplomatiya və dövlətlərarası dialoqun bərpası yolu ilə həlli istiqamətində davam edən səylərin vacibliyini vurğulayıblar”, – deyə məlumatda bildirilir.

Nazarbayev həmçinin beynəlxalq forumda iştirak etmək üçün dəvətə görə Ərdoğana təşəkkür edib və bu tədbirin qlobal geosiyasi dəyişikliklərin davam etdiyi kontekstdə əhəmiyyətini qeyd edib. Öz növbəsində Türkiyə lideri Qazaxıstanın birinci rəhbərinin ikitərəfli münasibətlərin formalaşması və inkişafına mühüm töhfəsini vurğulayıb. Türkiyə dövlət başçısı Qazaxıstanın birinci Prezidentinin türk dünyası ölkələrinin inteqrasiya proseslərinin genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində fəaliyyətini də yüksək qiymətləndirib.//oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki