image-2000x150px
image-fotojet-24backend

Nazir müavini işdən çıxarılıb? – AÇIQLAMA

image-728x90px

Bəzi kütləvi informasiya vasitələrində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb. 

Məlumatı dəqiqləşdirmək üçün Gənclər və İdman Nazirliyinə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev belə cavablandırıb:

“Nazir müavini İsmayıl İsmayılovun işdən azad edilməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir. İsmayıl müəllim hazırda müalicəsini davam etdirir, yaxın günlərdə işə çıxacaq”.

DOĞRU.AZ

Qeyd edək ki, yeni gənclər və idman naziri Fərid Qayıbov bir sıra idman qurum rəhbərləri ilə görüş keçirib. Onların heç birində nazirliyin idman üzrə müavini olan İsmayıl İsmayılov iştirak etməyib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki