image-n1karobka_ads
image-123
image-1bcef5d8161165518568737767910661040backend

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək – FOTO

image-ad_qayo_720x110px

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 1-də saat 09:00-da Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Kürdəmir rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Doğru.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula iyunun 29-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

DOĞRU.AZ

image-17194887803243213182_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki