image-n1karobka_ads
image-123
Neft bahalaşır – Artım nə ilə bağlıdır? – VİDEObackend

Neft bahalaşır – Artım nə ilə bağlıdır? – VİDEO

image-ad_qayo_720x110px

“Azeri Light” markalı Azərbaycan nefti həftə ərzində öz dəyərini kifayət qədər artırıb. Əgər həftənin əvvəlində Azərbaycan neftinin bir bareli 50,96 dollara təklif edilirdisə, həftənin sonunda bu rəqəm 55 dollar 76 sentə qədər yüksəlib. Yəni həftəlik artım 9.4% təşkil edib.

Xezerxeber.az-ın məlumatına görə, neft-qaz sahəsi üzrə ekspert İlham Şaban deyib ki, ümumiyyətlə, Azərbaycan neftinin artımı dünya birjalarında “Brent” və “Qərbi Texas” (WTI) markalı neftin qiymətlərindəki artımla bağlıdır.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının birtərəfli qaydada özünün neft hasilatını gündəlik olaraq 994 min barel azaltması və ABŞ-da baş verən siyasi hadisələr də neftin qiymətinə təsir edib.
İlham Şaban hesab edir ki, sabitlik olsa, yəni heç bir qızışdırıcı faktorlar gündəmdə olmasa, neftin qiyməti yenidən 53 dollar səviyyəsinə qədər enə bilər.

Mütəxəssislərin fikrincə, koronavirus peyvəndi ilə bağlı müsbət dinamika və OPEC-in istehsal məhdudiyyətinin müddətini uzatmağa çalışması neftin qiymətinin artmasına zəmin yaradacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki