image-n1karobka_ads
image-123
image-17244723241512444372_1200x630backend

Neftçala rayon sakinindən avtomat götürülüb

image-ad_qayo_720x110px

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərə görə məhkum olunmuş Amil Hüseynov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd AK-74 markalı avtomat, 14 ədəd patron və 1 ədəd patron darağı aşkarlanıb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki