image-n1karobka_ads
image-123
image-64801227af93364801227af9341686114855e90a40da5d6abf3607f95bd956320b4abackend

Neftçalada toyda ölüm faktı qeydə alınıb

Neftçalada 46 yaşlı kişi qohumunun toyunda infarkt keçirǝrǝk ölüb.

“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Ramil Məmmədov iyunun 6-da rayonun Dördlər kəndində əmisi nəvəsinin kiçik toy məclisində olan zaman infarkt keçirǝrǝk vəfat edib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Məmmədovun ürəyinə stent qoyulubmuş.

Meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki