image-2000x150px
image-saldanyabackend

“Neftçi” braziliyalı hücumçu ilə anlaşdı

image-728x90px

“Neftçi” qış transfer pəncərəsində 3-cü transferini reallaşdırmağa hazırlaşır.

  “ağ-qaralar” Yaponiyanın “Çiba” komandasının braziliyalı hücumçu Mateus Bonifakio Saldanya Marinyo ilə razılığa gəlib. 24 yaşlı forvardın transferini tamamlamaq üçün Asiya təmsilçisi ilə danışıqlar davam edir. Tərəflər anlaşmağa çox yaxındır. Yaxın günlərdə paytaxt təmsilçisinin 3-cü transferini açıqlayacağı gözlənilir.

Mateus son 6 ayı icarə əsasında Çin Super Liqasında – “Çendu Tsyanbao” klubunda çıxış edib. O, Braziliyanın “Bahiya” klubunun da formasını geyinib.

Qeyd edək ki, “Neftçi” qış transfer pəncərəsində müdafiəçi Höccət Haqverdi və yarımmüdafiəçi Kilan Lebonu heyətinə qatıb.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ