image-2000x150px
image-img_20220629_104726_200backend

“Neftçi”də daha bir məşqçi təyinatı

image-728x90px

“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

Doğru.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi Florin Tene ilə 2 illik müqavilə bağlanıb.

Rumıniyalı mütəxəssis ölkəsinin U-21 milli komandası (2002-2012) ilə yanaşı, bu ölkənin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında işləyib.

O, “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”də Viorel Dinu köməkçi məşqçi, Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki