image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220106_105154_185backend

Neftçi“də rəqabət artacaq

image-728x90px

“Komandada əhval-ruhiyyə yaxşıdır”.

Doğru.az xəbər verir ki, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov bu gün start götürən təlim-məşq toplanışı barədə klubun televiziyasına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi heyətlə bağlı bəzi problemlərin olduğunu bildirib: “Məşq prosesində hamı iştirak edə bilmir. Bununla belə, ciddi hazırlaşırıq. İstəyirik ki, 3-4-cü dövrələrdə daha yaxşı oynayaq”.

Eddi İsrafilov və Azər Salahlının “Neftçi”yə keçidinə toxunan təcrübəli oyuynçu onların komandaya xeyir verəcəyinə inandığını vurğulayıb: “Bizə yerli oyunçular lazım idi. Çünki komandada ancaq gənc futbolçular idi. Hər ikisini yaxşı tanıyıram. Bundan sonra rəqabət artacaq. İnanıram ki, bizə xeyir verəcəklər”.

Gənc futbolçuların əsas komanda ilə məşq etmələrinə də münasibət bildirən Mahmudov bunun önəmli amil olduğunu söyləyib: “Onların bizimlə hazırlaşmaları hər zaman xoşdur. Əsas komandadakı ab-havanı hiss etməlidirlər. Ümid edirəm ki, bizə xeyir verəcəklər”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki