image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210619_192019_522backend

“Neftçi” Sloveniyada məşqlərə başlayıb

image-728x90px

“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir.

Doğru.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində məskunlaşan komanda bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. “Neftçi”nin səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib.

Hazırlıq axşam məşqi ilə davam edəcək. “Neftçi” toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Klub iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib. Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki